Azərbaycan 2026-cı ildə boks üzrə 3 beynəlxalq turnirə ev sahibliyi edəcək.

 

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, bunlar aprelin 2-dən 8-dək keçiriləcək Böyük İpək Yolu turniri (böyüklər arasında), 2-8 may tarixilərində “Heydər Əliyev Kuboku-2026” (U-17) və 4-10 dekabrda 19 yaşadək boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan yarışdır.

Hər üç turnir Bakı Boks Mərkəzində təşkil olunacaq.