Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.
"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq", - deyə, sədr bildirib.
Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.