Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

 

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 8 ailənin (24 nəfər) daimi qayıdışı təmin edilir.

Bununla da kəndə qayıdan ailələrin sayı 21-ə (91 nəfər) çatacaq.