Yaxın vaxtlarda Laçın şəhərinə 20 ailə, ilin sonuna qədər isə 40 ailə köçürüləcək.

 

Bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir.