Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Xankəndi qırğınları” adlı yeni kampaniyaya start verib. Azərbaycan Televiziyasının texniki dəstəyi ilə hazırlanan hər bir çarxın süjet xətti erməni terrorunun qurbanı olmuş və bu gün də həmin ağrını yaşayan insanların həyat hekayələri üzərində qurulub. İlk qısa filmdə Xankəndindən olan müəllimin həyat hekayəsindən bəhs edilir.

Nuridə Məhərrəmova Xankəndində Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin müəllimi işləyib. Bu gün o, 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və sentyabrın 18-dən məqsədli şəkildə Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən terror hadisələrinin yüzlərlə şahidi və zərərçəkənindən biridir.

“Xankəndi qırğınları” layihəsi çərçivəsində hazırlanan qısa filimlərin müxtəlif dillərə tərcüməsi və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.