Şəkidə əkin sahələrinin suvarılması, həmçinin əhalinin içməli suya olan tələbatının ödənməsi yaxşılaşdırılır. Bunun üçün rayonun müxtəlif ərazilərində subartezian və artezian quyuları qazılmaqla yeni su mənbələri yaradılır. Artıq qazıntı işlərinə başlanılıb.

Belə ki, İbrahimkənd, Baş Küncüt, Daşüz, Baş Zəyzid, Böyük Dəhnə, Kiçik Dəhnə, Qoxmuq, Daşbulaq kənlərində, eləcə də rayon mərkəzində, 125-ci kvartal adlanan ərazidə yeni su mənbələri yaradılacaq. Bu yaşayış məntəqələrində qazılacaq yeni quyular ilin sonuna kimi istismara hazır olacaq.

Ötən il Şəki rayonunda suvarma məqsədli və içməli suya olan təlabatı ödəmək məqsədilə 13 artezian və subartezian quyuları qazılaraq istfadəyə verilib. Həmin artezian quyularının 5-i yeni yaşayış masivlərinin payına düşür. Qoxmuq ərazisində olan bu subartezian quyusundan yeni massivdə yaşayan 120 ailə yararlana bilir.

Ümumiyyətlə, Şəki rayonu üzrə hazırda 188 subartezian quyusu istismar olunur. Onlarında 79-u son 5 ildə qazılıb. Görülən bu tədbirlər nəticəsində 3 min hektardan çox əkin sahəsinin suvarma su ilə təminatı yaxşılaşıb. Nəticədə həmin ərazilərdə torpaqların münbitliyi yüksəlib, məhsuldarlıq artıb.  

Şəkidə yeni su mənbələrinin yaradılması ilə yanaşı, ötən əsrin 70-80 ci illərində qazılan və sonradan baxımsızlıq səbəbindən sıradan çıxan quyuyların bərpası da davam etdirilir. Artıq belə quyulardan 5-i işlək vəziyyətə gətirilib.