Azərbaycan hərbçiləri Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak ediblər.

Parada Azərbaycan, Ermənistan, Belarus, Özbəkistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Türkmənistan hərbçiləri də qatılıb. Hərbi qulluqçularımız Bakıda yekunlaşan hazırlıq məşqlərini digər ölkələrin parad heyətləri ilə bərabər Moskvada davam etdirib. Azərbaycan Televiziyasının xüsusi müxbiri Zakir Musayev canlı bağlantıda paradla bağlı "Xəbərlər" proqramına ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə müdafiə naziri, general-polkovnik Zakir Həsənov rəhbərlik edir.