Azərbaycan Televiziyasının "Həftə" verilişində erməni terror təşkilatlarının mahiyyəti tarixi faktlar və danılmaz sübutlar əsasında ifşa olunub. Prezident İlham Əliyevin Paşinyanı gülünc duruma salmasından sonra daha da acınacaqlı vəziyyətə düşən erməni diplomatiyası və onların tarixi saxtalaşdırmaq cəhdləri sərrast məntiqə söykənən dəlillərlə ətraflı təhlil olunub. Dünyanın müxtəlif yerlərində, o cümlədən, Azərbaycanda silsilə terror aktları və təxribatlar törədən ermənilərin faşizm ideologiyasına xidmət etməsini əks etdirən faktlar yeni rakursda nəzərdən keçirilib.