Bu gün Prezident İlham Əliyev Salyan rayonunun Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 6 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon 600 min manat ayrılıb.