Bəhreyn Krallığının vəliəhdi, Ali Baş Komandanın müavini, Nazirlər Şurası sədrinin birinci müavini Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".