Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyali həmkarı Sergey Lavrovla telefon söhbəti olub.
Nazirlər Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra verilən tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər. Nazirlər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov rusiyalı həmkarına ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirilmiş ən son videokonfrans formatında görüşü barədə məlumat verib.