Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
Deputatlar gündəlikdə olan məsələləri müzakirə etməzdən əvvəl bir neçə məsələyə diqqət çəkiblər. Onlardan biri Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin pandemiya səbəbindən kəsilməsidir. Belə ki, deputatlar bunun gələcəkdə bir sıra fəsadlara yol aça biləcəyini vurğulayıblar. Təklif olunub ki, Naxçvan MR-ə gediş-gəliş təcili şəkildə bərpa olunsun.
Bundan başqa, deputatlar Ermənistan mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Məhəmməd Əmin Rəsulzadə barədə yazıları müzakirə ediblər. Onlar sözügedən yazılara etiraz edərək AXC banilərinin şərəfinə Bakıda abidə ucaldılmasını təklif ediblər.