“Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: “Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən aradan qaldırılması çox vacibdir. Amma birdən-birə karantin rejiminin aradan qaldırılması mümkün deyil. Bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər”.