Gürcüstan Dağlıq Qarabağın qondarma "müstəqilliyini", eləcə də qondarma rejim tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri"ni, o cümlədən onun ikinci mərhələsini tanımır.

AzTV.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

“Gürcüstan Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini və münaqişənin beynəlxalq hüququn prinsipləri ve normaları əsasında həllini dəstəkləyir,” – deyə bəyanatda qeyd olunub.