Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığındakı səfirliyi yeni tip koronavirusun (COVİD-19) İspaniyada geniş yayıldığını bildirərək vətəndaşlarımızı diqqətli olmağa çağırır.

Vətəndaşlarımızın İspaniya dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izləmələri, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etmələri, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinmələri, həmçinin koronavirusla bağlı hər hansı şübhə və simptomların yarandığı halda təcili olaraq tibbi müayinədən keçmələri tövsiyə olunur.

Vətəndaşlar tərəfindən koronavirusla bağlı hər hansı müraciətin olduğu təqdirdə səfirliyin 24 saat fəaliyyət göstərən “qaynar xəttin”ə zəng etmələri xahiş olunur (+34 673510810).

Eyni zamanda, hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Tel: +34 917 489 776, Email: consul_madrid@mission.mfa.gov.az) tövsiyə olunur.

Həmçinin yeni məlumatların əldə olunması məqsədilə vətəndaşlarımızdan səfirliyin “facebook” (https://www.facebook.com/madrid.mfa.gov.az/) və veb-səhifələrini (www.madrid.mfa.gov.az) mütəmadi izləmək tövsiyə edilir.

İspaniyanın Səhiyyə, İstehlak və Sosial Təminat Nazirliyinin internet səhifəsində epidemiya ilə bağlı yerləşdirilmiş məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.mscbs.gob.es/profesionales/saludPublica/ccayes/alertasActual/nCov-China/ciudadania.htm