Prezident İlham Əliyev Elmira Hüseyn qızı Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçsının digər sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.