“Avropa İttifaqında gender bərabərliyi və qadın hüquqları prioritet məsələlərdən biridir. Biz Azərbaycanda həyata keçirdiyimiz bütün layihələrdə gender məsələlərinə xüsusi diqqət ayırırıq”.
AzTV.az-ın xəbərinə görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə bildirib.
Yankauskas ötən il Avropa İttifaqının Azərbaycanda təşkil etdiyi “Qız qalası. Qadın olmaq” layihəsini xatırladıb, bu layihənin də qadın hüquqlarına diqqət çəkdiyini deyib.
O, Azərbaycanla Avropa İttifaqının əlaqələrindən də danışıb: “Bu il tərəfdaşlığımız baxımından iki əsas məsələ var - Şərq Tərəfdaşlığı çərçivəsində və Azərbaycan hökumətiylə apardığımız yeni saziş üzrə danışıqlar”.
Səfir, həmçinin Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasının zəruriliyini vurğulayıb və Aİ-nin bu məsələdə Azərbaycana dəstək olmağa hazır olduğunu bildirib.
Rəna Ağayeva