ABŞ Konqresinin daha iki üzvü Xocalı qətliamı ilə bağlı bəyanatlar verib.

Konqresin nüfuzlu üzvlərindən biri, Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib. Bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir. Beynəlxalq ictimaiyyətdən insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Tim Rayn Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. 

Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar da Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda Azərbaycanın bu gün Qafqaz bölgəsində geniş imkana, zəngin mədəniyyətə və cəmiyyətə, stabil hökumət və əmin-amanlığa malik olması vurğulanıb.