Azərbaycanda Milli Məclisə keçirilən seçkidə səsvermə başa çatıb.
Bakı vaxtı ilə saat 19:00-da vətəndaşların səsvermə prosesi yekunlaşıb.
Səhər saat 08:00-dan başlayan səsvermə saat 19.00-a kimi davam edib.
Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb. Bu KİV-lər 47 ölkəni təmsil edirlər.