Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm”.