“Bu saata qeydə alınan fəallıq bələdiyyə seçkiləri üçün kifayət qədər yaxşı göstəricidir”.

Bu sözləri Azərbaycan Televiziyasına özəl müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov “bələdiyyə seçkilərində hər hansı pozuntu qeydə alınıbmı” sualını da cavablandırıb: “Saat 08:00-dan indiyə qədər hər hansı narahatlığın şahidi olmamışıq. “Qaynar xətt”imiz sakit qalıb da deyə bilmərik. Çox sayda müraciətlər gəlir və bu müraciətlər müxtəlif xarakterlidir. Kimlərsə hansısa məsələnin aydınlaşdırılmasını xahiş edirlər. Namizədlər də bəzi məlumatları bizimlə bölüşürlər”.