Prezident İlham Əliyev Elmira Teymur qızı Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, E.Süleymanova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.