“Siyasi idarəetmənin klassik qanunlarından biri odur ki, əgər ölkədə daxili problemlər çoxalmağa başlayırsa, diqqəti yayındırmaq lazımdır. Sual olunur ki, niyə Paşinyan Qarabağa daha çox səfərlər edir, nəinki Koçaryan və ya Sarkisyan. Və ya niyə Paşinyanın münaqişə ilə bağlı çıxışları daha radikaldır? Çünki daha zəifdir. Zəif insan daha çox qışqırmaq istəyir”.
Bu fikirləri politoloq Zaur Məmmədov “Əsas məsələ” verilişində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Azərbaycan ikili standartlarla üz-üzədir: “Paşinyanın həm Türkiyə, həm Azərbaycan istiqamətində fəallaşması ona dəlalət edir ki, bəzi beynəlxalq güclər Cənubi Qafqazdakı vəziyyəti pozmağa çalışırlar. Azərbaycan isə 100 il əvvəl olduğu kimi bu gün də ikili standartlarla üz-üzədir”.