Bu gün "Çıxışa doğru" proqramına qatılan millət vəkilləri Elmira Axundova və Cavid Osmanov tok-şounun aparıcısı Nailə Babayevanın onların parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı sualına cavab veriblər.

E.Axundova tərəddüd içərisində olduğunu, qəti qərar vermədiyini deyib. "Lakin hesab edirəm ki, gənclərə yol verməliyik", - deyə millət vəkili əlavə edib. 

C.Osmanov isə Yeni Azərbaycan Partiyasının üzvü olduğundan namizədliyinin partiyanın qərarından asılı olduğunu dilə gətirib.