“Ölkə prezidenti tərəfindən aparılan islahat prosesi həm də struktur islahatlarını əhatə edirdi. İlk növbədə dövlətin icra və məhkəmə orqanlarının islahatların çağırışlarına uyğunlaşdırılması prosesi müşahidə olundu. Növbə qanunverici orqana çatdı”.
Bu sözləri millət vəkili Fazil Mustafa Azərbaycan Televiziyasının “Hədəf” verilişində deyib.
Millət vəkili qeyd edib ki, başlanmış islahatlar prosesini qanunverici orqan səviyyəsində mükəmməl dəstək olmadan irəli aparmaq çox çətindir və islahatların tələbinə uyğun qanunverici orqanın formalaşdırılması qaçılmazdır.