Ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb

Ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb

1 Avqust, 15:12 Sosial mediada paylaşın:

Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb:

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb.

CANLI YAYIM