Prezident İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Z.Fərəcov Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.
Məlumat üçün bildirək ki, Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.