Ərdoğanla Paşinyan münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

Ərdoğanla Paşinyan münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

19 İyun, 08:58 Sosial mediada paylaşın:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.

Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar.

Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

CANLI YAYIM