"İmarət" kompleksində Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar.
Abidələrin bərpası üzrə İtalyalı ekspert Alessandro Biankinin sözlərinə görə ermənilər Xan sarayında inək, donuz kimi heyvanlar saxlayıb, ərazini viran ediblər.
Qeyd edək ki, Ağdam erməni işğalından azad olunduqdan sonra "İmarət" kompleksində geniş bərpa-qruculuq işlərinə başlanılıb.
Daha ətraflı Əntiqə Fərəcovanın reportajından izləyə bilərsiniz: