Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşaya səfər edən media nümayəndələri şəhərə çatıblar.

Səfərdə müxtəlif media qurumlarının regionlarda çalışan bir qrup əməkdaşı iştirak edir.

Jurnalistlər Şuşada həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar, şəhərin tarixi abidələrini ziyarət ediblər.