Tuğ kəndi Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir.

Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s. var idi. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, budaqlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri olub. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

2020-ci il noyabr ayının 9-u Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Kənd haqqında daha ətraflı məlumatı əməkdaşımız Elnur Tofiqin reportajından izləyə bilərsiniz.