Qədim Azərbaycan şəhəri İrəvan və onun əsas məhəllələrindən olan Təpəbaşıda ermənilər xalqımıza məxsus irsi sistemli şəkildə dağıtmağa başlayıblar və bu proses indi də davam edir. Hazırda Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Təpəbaşı məhəlləsindəki məscidlər, hamamlar onun Azərbaycan xalqına məxsus memarlıq irsi olduğunu sübut edir. Həmin məhəllənin əhalisinin əsas hissəsinin türk-müsəlman əhali olması, yalnız çar hökumətinin köçürmələri hesabına bu faiz nisbətində müəyyən dəyişikliklərin yaranması 1831-ci ilə məxsus kameral təsvirdən də aydın görünür.

Təpəbaşı məhəlləsi İrəvanın qərb hissəsində Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşir. Vaxtilə Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.

1728-ci ildə tərtib olunmuş Osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmub.

İrəvandakı Təpəbaşı məhəlləsinin eksklüziv görüntülərini videodan izləyə bilərsiniz.