“Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində keçirilən “MY EXPO 2023” sərgisində mədəniyyət naziri Adil Kərimli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, dövlət rəsmiləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilat nümayəndələri, yaradıcı şəxslər və şirkətlərin təmsilçiləri iştirak ediblər.
Xatırladaq ki, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.