"Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılıb. Abidənin tikilişi üçün Xankəndidəki akasiya meşəsi qırılıb. Abidənin heykəltaraşı Azərbaycan sakini, erməniəsilli memar Sarkis Baqdasaryan, memarı isə Səfi Qarayevdir.

Abidə Azərbaycan SSR sakini tərəfindən, Azərbaycan SSR ərazisində, Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb.

Ərazilərimizin bərpa olunmasından sonra bu abidə ətrafında çoxlu söz-söhbətlər yaranıb, bəziləri abidənin sökülməsini, bəziləri isə qalmasını istəyir...

Süjetdən də göründüyü kimi, Xankəndi şəhərinin "məmurları" burada tez tez kef məclisləri keçiriblər...