Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.
IV texniki dərəcəli avtomobil yolunun uzunluğu 28.5 km-dir.
Artıq yolun torpaq işləri yekunlaşmaq üzrədir. Bu yol vasitəsilə, Gorus-Sisyan yoluna çıxış əldə ediləcək. Bununla Şərqi Zəngəzura ikinci çıxış olacaq. Yol cari ilin may-iyun aylarında istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Daha ətraflı Ayşən Cümşüdovanın reportajdan izləyə bilərsiniz.