Türkiyə Respublikası Xarici Türklər və Əqrəbə İcmalar Başqanlığının (YTB) sədri Abdullah Ərən AzTV- də olub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov qonaqlara televiziyamızın yaranma tarixindən, Prezident İlham Əliyevin bilavasitə diqqəti və dəstəyi ilə ən müasir texniki vasitələrlə təmin olunmasından, keçdiyi inkişaf yolundan, yaradıcılıq nailiyyətlərindən, beynəlxalq əlaqələrindən, həmçinin TRT ilə sıx əməkdaşlığından danışıb.

Abdullah Ərən təmsil etdiyi qurumun işi barəsində məlumat verib. AzTV - TRT əməkdaşlığının iki dövlətin əlaqələrinə töhfə verdiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı qələbə xəbərlərini məhz AzTV-dən aldıqlarını söyləyib. Sonra qonaqlar üçün Azərbaycan Televiziyasında kiçik ekskursiya təşkil edilib, onun müasir studiyaları, "qızıl fondu" ilə tanışlıq baş tutub.