Yenilənmiş 1 manatlıq kağız pul nişanları tədavülə buraxılıb

Yenilənmiş 1 manatlıq kağız pul nişanları tədavülə buraxılıb

18 Sentyabr, 15:31 Sosial mediada paylaşın:

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.

Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.

Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.

CANLI YAYIM