Prezident İlham Əliyev Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb.

AZTV.AZ xəbər verir ki, ölkə başçısının digər Sərəncamı ilə S.Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.