Füzuli şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Qarabağ bürosundan verilən xəbərə görə, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov təqdim edib.
Bununla da 92 nəfərdən ibarət daha 24 ailənin Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.