Prezident İlham Əliyev Azərbaycan Televiziyasının əməkdaşı Flora Fətula qızı Xəlilovanı “Şöhrət” ordeni ilə təltif edib. Sərəncama əsasən, Flora Xəlilova Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Xatırladaq ki, Flora Xəlilzadə "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Redaksiyasının baş redaktoru vəzifəsində çalışır.
Eyni zamanda o, Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.
Flora xanımı Azərbaycan Televiziyasının kollektivi adaından təbrik edirik!