AzTV-nin "Qızıl Fond"unun rəqəmsallaşdırılması prosesi davam edir.

Tariximizə yeni formatda nəzər yetirmək, gələcək nəsillərə irsimizi ötürmək üçün atılan bütün addımlar hər birimizi qürurlandırır.

Bu günlərdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TRT-nin Bakı ofisinin təmsilçisi Murat Akkoç, TİKA-nın Bakı koordinatoru Fateh Yılmaz, Anadolu Agentliyinin Bakı təmsilçisi Tolga Özgənc, TRT-nin arxiv departamentinin rəhbəri Mehmet Hilmi Önger, Restavrasiya şöbəsinin müdiri Mehmet Eric Başar, filmlərin köçürülməsi və rənglənməsi üzrə mütəxəssis Mustafa Ekinci və təlim koordinatoru Cansu Akarçay ilə Azərbaycan Televiziyasında görüş keçirilib.

Görüşdə rəqəmsallaşma prosesində yaxından iştirak edən əməkdaşlara sertifikat və hədiyyələr təqdim edilib.