Tanınmış telejurnalist Natəvan Babayeva vəfat edib.

O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib və bu gün səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından isə AzTV-də aparıcı işləyib.

Allah rəhmət eləsin!