“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən ekspert şurasının növbəti hesabat xarakterli iclası keçirilib.
İclasda ötən müddət ərzində ərsəyə gətirilən sənədli və bədii filmlərə, serial və videoçarxlara diqqət çəkilib.
Əsasən yeni mövsümə hazırlıqla bağlı keçirilən iclasda proqramların və gələcək planların müzakirəsi aparılıb. Bundan əlavə, ilk 6 aya nəzər yetirilib. İlk 6 ay ərzində QSC-də 37 sənədli film, 1 serial, 8 videoçarx hazırlanıb.