Mayın 4-də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.