AzTV “Heydər Əliyev İli”nə həsr olunan konsert marafonuna start verir

AzTV “Heydər Əliyev İli”nə həsr olunan konsert marafonuna start verir

5 Fevral, 13:32 Sosial mediada paylaşın:

Bu gündən etibarən Azərbaycan Televiziyası "Heydər Əliyev İli"nə həsr olunan "Gənclərin səsi" adlı konsert marafonuna start verir.

İlk konsert bu gün saat 15:00-17:00 aralığında Dənizkənarı Milli Parkda keçiriləcək. Konsert çərçivəsində Elnur Hüseynov, Murad Arif, Rilaya Hüseynzadə, Samirə Əfəndi, Tofiq Hacıyev, Vaqif Nağıyev, Nərmin Kərimbəyova, Tomris, Fərid Həsənov, Urfan Cəfərov kimi tanınmış ifaçılar, o cümlədən VIII "Muğam" Televiziya Müsabiqəsinin qalibi Fuad Əzizzadə və sözügedən yarışmanın ikincisi Ülkər Abdullayeva səhnəyə çıxacaqlar.

Marafonun əhatə dairəsi təkcə paytaxtla məhdudlaşmır. Konsert proqramları ayda bir dəfə olmaqla ölkənin müxtəlif regionlarında təşkil ediləcək.

Konsert marafonu AzTV və telekanalımızın sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.

CANLI YAYIM