Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Şuranın tərkibinə daxil edilib.
Fərmanda deyilir: “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin”.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev bu gün Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi ilə Sərəncam imzalayıb.