Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında qızıl medal qazanan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Birinci xanımın bununla bağlı paylaşımında qeyd olunub: "Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!"