Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.