“Ermənistan indi təxribata son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi tviter hesabında belə yazıb. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdiklərini də açıqlayıb.