Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.